İlham Əliyev xaricilərin dəstəyi olmadan referendum elan edə bilməzdi

Sözügedən referendumu keçirməyə İlham Əliyevi təhrik edənlər üçün tamamilə məntiqli haldır ki, Dağlıq Qarabağın rəsmən itirilməsinə yönəldilən Azərbaycanda zülm gücləndirilməlidir

Source:



Sözügedən referendumu keçirməyə İlham Əliyevi təhrik edənlər üçün tamamilə məntiqli haldır ki, Dağlıq Qarabağın rəsmən itirilməsinə yönəldilən Azərbaycanda zülm gücləndirilməlidir

Qarabağ münaqişəsində vasitəçiliyin nəzəri, amma həm də çox praktiki boyutlarından biri – axtarılan həllə uyğun olacaq siyasi rejim tipinin müəyyənləşdirilməsidir. Sovet dağılan anda yeniyetmə dövrünü yaşayan demokratik rejimlər münaqişənin savaşa sürüklənməsinin qarşısını ala bilməyərək ziddiyyətli düşüncələrə yol açdılar, halbuki demokratik idarə üsulunun həm Ermənistan, həm də Azərbaycanda geriləməsi davamlı atəşkəslə müşayiət olunurdu.

Bundan çıxarılan nəticə – hərçənd onunla heç də hamı razı deyil – ondan ibarətdir ki, avtoritar rejimlərə hər hansı bir sülh planını xaricdən məcburi qəbul elətdirmək mümkündür və elə avtoritar olduqları üçün də rejimlər həmin planı xalqa yedizdirə biləcəklər. Demokratiya isə sonra gələr, sülh möhkəmlənəndə.

Bu yanaşma 2016-cı ilin aprelinədək üstünlüyə sahib idi və vasitəçilik səylərinin bələdçisi idi. Apreldə hər kəs anladı ki, zorakılığın hər yeni dalğası genişmiqyaslı müharibənin birinci səhnəsinə getdikcə daha çox bənzəyir. Doğrudan da, sərt rejimlər milliyyətçiliyin istismarını artırmağa getdikcə daha çox meyllənirlər.

Lakin çıxarılan nəticə yenə də mənafelərimizə ziddir. Kimsə düşünür ki, nisbətən mülayim diktatura sülhə çata bilmədisə, daha sərti – ən azından tərəflərin birində qurulsa – bunu mümkün edər.

İdarəetmədə və hakimiyyətin ötürülməsində sülaləçiliyin möhkəmləndirilməsinə yönəlmiş Konstitusiya Referendumunu ölkəmizdə ciddi maraqlara yiyələnən bəzi xaricilərin dəstəyi olmadan İlham Əliyev elan edə bilməzdi. 18 iyul 2016-cı il təşəbbüsü arxasında kim durursa-dursun – istər ingilis şahzadəsi Endrü, istər Aviqdor Liberman, istər Putin, istərsə də Hulliburton şirkətinin yetkililəri – bu sülalə referendumu digər şeylərlə yanaşı vasitəçilikdə köklü dəyişiklikdən xəbər verir: yəni, daxili məsələlərdə özbaşnalığın dozasını artırmağa icazə alnmışdır.

Ermənistandakı rejimin Azərbaycanda sabah qurulması düşünülən daha da sərt diktaturanın tayı olub-olmayacağı hələ aydın deyil. Bəlkə də bu dəfə oyun “daha liberal Ermənistan daha diktatorçu Azərbaycana qarşı” qaydaları ilə keçiriləcək. Bəlkə də bu, tapılması Ermənistan xalqının öhdəsinə buraxılacaq məchuldur. İndiyədək  Azərbaycan və Ermənistan “iki millət – bir cür dövlət” olmuşlar.

Sözügedən referendumu keçirməyə İlham Əliyevi təhrik edənlər üçün tamamilə məntiqli haldır ki, Dağlıq Qarabağın rəsmən itirilməsinə yönəldilən Azərbaycanda zülm gücləndirilməlidir, xalis mənada torpaq qazanacaq Ermənistanda isə demokratik cəhdlərin yolu açıq qalmalıdır.

Nikbin tərəfdən onu deməliyəm ki, bu plan İlham Əliyevin xarici dostlarınındır, bütün beynəlxalq aləmin deyil. Doğrudur, onun xarici dostları zəif deyillər: Onlar ona 2013-cü il yanvarın 23-də Azərbaycandakı siyasi məhbuslarla bağlı AŞPA səsverməsini qazandırdılar; DTİHB ilə bir qovğa tamaşası qurub 2015-ci il parlament seçkilərinin saxtalaşdırılması işini faktiki olaraq asanlaşdırdılar; və onlar hələ də ABŞ Konqresində onun rejiminə qarşı hazırlanan sanksiyalar qanunu layihəsini ertələməyi bacarırlar.

Ancaq biz möhkəm dursaq və onun dostlarından daha ağıllı adamların beynəlxalq dayanışmasından faydalansaq, nə Dağlıq Qarabağ münaqişəsini həll edəcək, nə də regionumuzda demokratiyanı gücləndirəcək bu planın üstündən xətt çəkə bilərik.


Mənbə

Ana səhifəAnalitikaİlham Əliyev xaricilərin dəstəyi olmadan referendum elan edə bilməzdi