İlham Əliyev: Mincivan qəsəbəsi azad edilib

Mincivan qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Source: Specify Source

Prezident daha 21 kəndin işğaldan azad edildiyini yazıb

Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli, Zəngilan rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib.

Mincivan qəsəbəsi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Oktyabrın 4-də Cəbrayıl, oktyabrın 18-də Füzuli, oktyabrın 20-də Zəngilan rayonu işğaldan azad olunub.

Ana səhifəSiyasətİlham Əliyev: Mincivan qəsəbəsi azad edilib