İlham Əliyev kəndlərin azad olunması münasibətilə xalqı təbrik edib

İclasda Müdafi naziri Zakir Həsənov dövlət başçısına cəbhədə yaranmış vəziyyətlə bağlı məruzə edərək bir neçə istiqamətdə ermənilərin müdafiəsini yardıqlarını açıqlayıb.

Source: Specify Source


“Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Məlumatı dövlət başçısının Mətbuat Xidməti

yayıb

.

Bildirilib ki, ölkə başçısı bir daha Ermənistanın həyata keçirdiyi növbəti təcavüz barədə danışıb, Azərbaycan ordusunun əks-hücuma keçərək erməniləri geri çəkilməyə məcbur etdiyini deyib.

İclasda Müdafi naziri Zakir Həsənov dövlət başçısına cəbhədə yaranmış vəziyyətlə bağlı məruzə edərək bir neçə istiqamətdə ermənilərin müdafiəsini yardıqlarını açıqlayıb. Nazir 7 kəndin azad edildiyini bildirib:

"Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Nüzgar və Böyük Mərcanlı kəndləri azad olunub. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir, düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".

İlham Əliyev kəndlərin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”

Ardınca dövlət başçısı iclasın qapalı keçiriləcəyini xatırladıb.

Ana səhifəSiyasətİlham Əliyev kəndlərin azad olunması münasibətilə xalqı təbrik edib