“İlham Əliyev baxsın, bəlkə bizə yazığı gəldi”- İstanbula köçən naxçıvanlılar

“İlham Əliyev baxsın, bəlkə bizə yazığı gəldi”- İstanbula köçən naxçıvanlılar

İstanbulun Gaziosmanpaşa rayonunun Qara dəniz küçəsi və “500 evlər” səmtində hər 10 nəfərdən 4-ü azərbaycanlıdır deyirlər. Onlar iş dalınca bura gəliblər. Gələnlərin əksəriyyəti naxçıvanlıdır.

Azərbaycanlılar burada əsasən tikiş fabriklərində və inşaat sektorunda işləyirlər. Onlar minimum əmək haqqından da aşağı maaş alırlar. Türkiyədə minimum əmək haqqı 2 min lirə, yəni 590 manatdır, azərbaycanlılar isə burada 1000-1200 lirə maaş alırlar.

Onlar Türkiyədə işləmək üçün hər ay viza almalıdırlar. Amma bu o qədər də asan deyil. Deyirlər, qazanclarının yarısını sənədlər üçün getdikləri yollara tökürlər. İcazə alınmayanda bir ayın cəriməsi 330 lirədir, 97 manat.

Burada yaşayış icazəsi olmadan yaşayan azərbaycanlılar da var. Onlar heç bir sosial xidmətlərdən istifadə edə bilmirlər. Uşaqları təhsil ala bilmir, əmək müqaviləsi olmadan işləyirlər, tibbi müayinədən də keçə bilmirlər.

Mətanət Hüseynova 3 oğlu və onların ailəsi ilə birlikdə 17 ildir Naxçıvandan Türkiyəyə köçüb. Burada zirzəmidə yaşayır. Yaşadığı yerə şükr edir ki, heç olmasa onun evinin nəfəsliyi var, evinə günəş girir. Deyir, elə yerlər var, pəncərəsiz, gün işığı olmadan yaşayır yerliləri. Bu ev üçün o 850 lirə ödəyir, təxminən 250 manat.

Azərbaycanlılar burada da yaxşı yaşamırlar. Amma heç olmasa, gündəlik çörəklərinin olduğunu deyirlər. Əgər ölkədə iş olsa, geri qayıdacaqlarını düşünürlər.

Ana səhifəVideo“İlham Əliyev baxsın, bəlkə bizə yazığı gəldi”- İstanbula köçən naxçıvanlılar