“İlahi Komediya” və “kitab oğurluğu” tragikomediyası

“İlahi Komediya” və “kitab oğurluğu” tragikomediyası

Ayın əvvəlində paytaxtın mərkəzində yerləşən Ali və Nino kitab evindən kitab oğurluğuna cəhd olub. 1 iyunda baş verdiyi deyilən hadisədən 3 gün sonra oğurluqda ittiham edilən gənclər barədə işə xitam verilib, onlar azadlığa buraxılıblar. Amma iyunun 7-də Daxili İşlər Nazirliyinin Youtube kanalında bir video peyda olub: yaxın planlar, gərgin simalar, dindirmə, epik musiqi – istintaq materialı. Terror qrupunun zərərsizləşdirildiyini xatırladan videoçarxdakı gənclərin kitabları götürməyə cəhd edənlər olduğu aydınlaşıb və bu da cəmiyyətdə xeyli etiraza səbəb olub. Bu gün DİN videonu öz Youtube kanalından silib.

Hadisənin qəhrəmanlarından biri – Elməddin Süleymanlı deyir ki, o, öz hüquqlarının bərpası üçün çalışacaq. Hüquqşünas Səməd Rəhimli isə şübhəli şəxlərlə bağlı video və fotoçəkilişlərin KİV-də yayılmasının qanunazidd olduğunu deyir.

Ana səhifəVideo“İlahi Komediya” və “kitab oğurluğu” tragikomediyası