“İki uşağım var idi, onun da birini öldürüb, verdilər əlimə”

“İki uşağım var idi, onun da birini öldürüb, verdilər əlimə”

Şamaxı rayonu Quşçu kənd sakini Ətirə Heybətova oğlunun ölümünün düzgün araşdırılmamasından şikayətçidir. O, digər oğlu ilə birlikdə dəfələrlə Baş Prokurorluğa müraciət üçün Bakıya gəlib. 29 yaşlı Surət Heybətovun ölümünə səbəb olan hadisə ötən ilin 25 mayında, İlham Əliyevin Şamaxı səfəri zamanı baş verib.

İşə Şamaxı Rayon Prokurorluğu baxıb. Mərhumun qardaşı Gündüz Heybətov deyir ki, prokurorluq orqanları işi düzgün araşdırmayıb, obyekt sahibi və digərlərini məsuliyyətdən azad edib, günahkar kimi təkcə kran sürücüsünü müəyyən edib.

“Şamaxı” şadlıq sarayının mühasibi Meydan TV-yə açıqlamasında deyib ki, mərhum Surət Heybətova bu işi görməsi üçün 15 manat pul ödəniləcəyi deyilib. Mərhumun çalışdığı otelin sahibi isə deyir ki, o, hadisə baş verən zaman, ümumiyyətlə işdə olmayıb. Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, hazırda cinayət işi üzrə intensiv əməliyyat tədbirləri davam etdirilir. Yekunda ictimaiyyətə bu haqda ətraflı məlumat veriləcək.

Ana Ətirə Heybətova işin düzgün araşdırılması, günahkarların tapılması və cəzalandırılması üçün prezidentə, vitse-prezidentə müraciət edir.

Ana səhifəVideo“İki uşağım var idi, onun da birini öldürüb, verdilər əlimə”