Əsgərlərin axtarışlarına başlanılıb
Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun dumanlı havada qar uçqununa düşdüyü bildirilir.
Bununla bağlı Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Bildirilir ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən əsgər Ruslan Rüstəm oğlu Həmidov və Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər.
Məlumatda deyilir ki, əsgərlərin axtarışlarına başlanılıb.
“Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib. Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda bildirilib.