İki bacı stula "bağlı" yaşayırlar

Mənbə: Meydan.tv

Başlıq: İki bacı stula "bağlı" yaşayırlar

İki bacı stula "bağlı" yaşayırlar

İki bacı stula "bağlı" yaşayırlar

Onlar bütün hərəkətlərini stulla idarə edirlər. Bəzən yıxılıb zədələnirlər də. Amma başqa çarələri yoxdur. 50 və 58 yaşlarında olan iki bacı birinci qrup ömürlük əlildir. Firəngiz İmranova yerimə qabiliyyətini 25 yaşında, kiçik bacısı 15 yaşında itirib. Valideynləri vəfat edəndən sonra onlara heç kimin baxmadığını deyirlər.

Nərgiz Aslanova ildə bir dəfə əlillərin bərpa mərkəzində müalicəyə gedir. Amma bu da onun ağrılarını sakitləşdirmir. Deyir, özəl klinikalara müraciət edəndə yalnız müayinə haqqın ödəyə bilir, dərmanlarına pul çatmır. Hər ikisi ilik çatışmazlığı, əzələ zəifliyindən əziyyət çəkir.

Deyirlər, ətrafda yaşayanlar onların əlil olmalarından istifadə edib qaz xəttlərinə müdaxilə edirlər və buna görə borcları yaranır. Qaz idarəsindən onların borclarının silinəcəyi ilə bağlı vəd verilsə də, daha sonra bu, unudulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, Nərgiz Aslanovaya iki ilə yaxındır sosial xidmətçi ayrılıb. O, həftədə ən az iki dəfə olmaqla onların məişət problemlərini həll edir. Dərmanlarını alır, yeməklərini bişirir, evin təmizlik işlərinə baxır.

Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qaz xəttinə müdaxilələrlə bağlı araşdırma aparmaq üçün ailə ilə əlaqə saxlanılacaq.

Fiziki əngəlli olmaları onları yeni bacarıqlar əldə etməyə mane olmayıb. Firəngiz İmranova qarmonda, pianinoda ifa etməyi, saç ustalığını, aşbazlığı öyrənib.

Nərgiz Aslanova isə 6 ay rəsm kurslarına gedib. Çəkdiyi qadınların hamısı ayaq üstdədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ck17bj

Ən çox baxılan