İçərişəhərdə partayış olub, xəsarət alanlar var

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Source: Foto: arxiv


Xəsarət alanlardan 3-ü xəstəxanaya yerləşdirilib

Fevralın 7-də Bakı şəhəri, Səbail rayonu ərazisində partlayış baş verib. İçərişəhər, İlyas Əfəndiyev küçəsi 10 ünvanda baş verən partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan üç nəfər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Digər yaralılarla bağlı hələlik məlumat yoxdur.

Ana səhifəSosialİçərişəhərdə partayış olub, xəsarət alanlar var