"Hökumət vəziyyəti inzibati yolla, biznesə müdaxilə ilə dəyişmək istəyir, yəni qiymətləri endirmək"

Mənbə: meydan tv

Başlıq: "Hökumət vəziyyəti inzibati yolla, biznesə müdaxilə ilə dəyişmək istəyir, yəni qiymətləri endirmək"

“Hökumətin apardığı yanlış siyasət bazarda xaos yaradıb”

Vahid Məhərrəmov: “Vəziyyəti biznesə müdaxilə ilə dəyişmək istəyirlər”

Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymətləri ötən ilə müqayisədə artıb. Bu tendensiya ötən həftə Baş Nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimovun paytaxtın “Yaşıl bazar” və supermarket reydlərində də özünü büruzə verdi.

Qiymət artımına səbəb kimi ümumi olaraq inhisarçılıq və korrupsiya göstərilsə də, mütəxəssislər digər amilləri də göstərirlər.

Meydan TV-nin bu barədə sorğusunu cavablayan aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov son iki ildə kartofun qiymətində ciddi bahalaşmanın olduğunu xatırladıb. Onun sözlərinə görə, kartof istehsalında və idxalında azalma müşahidə olunur.

“Bir səbəb ölkədə kənd təsərrüafatı məhsullarının istehsalında azalma ilə bağlıdır. Sual yaranır, idxal niyə azalıb? Maraqlıdır ki, məmurlar bunu gömrük keçid məntəqələrindəki şəffaflıqla əlaqələndirib idxalda artım olduğunu israr edirlər. Halbuki, əksinədir, yəni azalma var”.

Vahid Məhərrəmov hesab edir ki, birincisi təklif azalıb, ikincisi, alıcılıq qabiliyyəti aşağı düşdüyündən tələbat da azalıb. Onun fikrincə, istehsalın və idxalın azalması tələbatla əlaqəlidir.

“Pomidorda ötən il ixrac artıb. Hökumətin qarşısında dayanan birinci vəzifə yerli əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir ki, artıq istehsal olunan məhsul isə ixrac edilsin. Azərbaycan hökuməti isə qarşısındakı vəzifənin öhdəsindən gələ bilmir. Hazırda hökumətin apardığı yanlış siyasət bazarda xaos yaradıb. Hökumət vəziyyəti inzibati yolla, biznesə müdaxilə ilə dəyişmək istəyir, yəni qiymətləri endirmək. Bu, uzunmüddətli mümkün olmur. Başqa bir acı gülüş doğuran məqam isə, bəzi məmurların idxalının artımının, yaxud qiymətlərin bahalaşmasının ölkəyə gələn turistlərin sayının artımı ilə bağlamasıdır. Amm, bu absurddur. Məsələ ondadır ki, azərbaycanlılar da turist kimi başqa ölkələrə gedir, yəni ölkəyə gələn varsa, çıxan da var”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Mənbə: meydan.tv

Vahid Məhərrəmov Azərbaycanda kartofun Ermənistandan 3 dəfə baha satılmasının səbəbini istehsalla əlaqələndirib:

“Ermənistanda hər hektardan 25 ton katrof əldə edilir, Azərbaycanda isə 15 ton, fərqi görürüsünüzmü?! Əgər Azərbaycanda məhduldarlıq hər hektarda yüksək olarsa, kartofun kiloqramı 30 qəpik civarında satılar. Azərbaycan hökumətinin məmurları kəndilinin, fermerin problemini həll etmək əvəzinə, bazara üz tutub satıcıya irad bildirirlər. 2019-cu ilin yanvarından indiyə qədər kartofun istehsalı 30 faiz azalıb, söhbət faraş-erkən kartofdan və yetişmə müddəti uzun olan kartofdan gedir. Artıq bir çox rayonlarda kartof yığımı yekunlaşıb. Kartof Gədəbəy və Tovuzun dağ kəndlərində qalıb, bu ərazilərdə də məhsuldarlıq elə də yüksək deyil”.

Vahid Məhərrəmov bildirir ki, 10 il əvvəl ildə kartof idxalı 30-40 min ton idisə, hazırda 200 min tona çatıb. Azərbaycan MDB-də yeganə ölkədir ki, adambaşına ən az kartof istehsal və istehlak edir. Ermənistan Azərbaycandan 2.5 dəfə çox adambaşına kartof istehsal edir:

“Qiymətin baha olmasına səbəb həm də budur. Azərbaycanda kartof il ərazində adambaşına 75 kiloqrama yaxın idi, pomidor istehlakı son 5 ildə 5 kiloqram azalıb, 44.8 idi, indi 39 kiloqrama düşüb. Deməli, təklif azalıb, məhsuldarlıq aşağı olduğu üçün maya dəyəri qalxıb, kəndli pis durumdadır. Onun istehsal etdiyi məhsulun maya dəyəri yüksəkdir, bazarda alıcılıq qabiliyyəti aşağı düşüb. Azərbaycan fermerinin,kəndlisinin xərci digər ölkələrdəki həmkarlarından yüksəkdir. Ona görə məcburiyyət qarşısında qalıb məhsulunu baha təklif edir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xi5zxz

Ən çox baxılan