Hilal Məmmədov polis bölməsinə çağırılıb

2 saatdan artıqdır ki, onun haqqında heç bir məlumat verilmir

Source:


2 saatdan artıqdır ki, onun haqqında heç bir məlumat verilmir

Sentyabrın 19-da “Talışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 25-ci polis bölməsinə çağırılıb. Bu barədə məlumatı hüquqşünas Xalid Bağırov öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, 2 saatdan artıqdır ki, Hilal Məmmədov bölmədə saxlanılır və yaxınlarına heç bir məlumat verilmir.

H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.

«Amnesty International» H.Məmmədovu «vicdan məhbusu» kimi tanıyıb.

Prezidentin 17 mart 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə Hilal Məmmədov azadlığa çıxıb.

Ana səhifəXəbərlərHilal Məmmədov polis bölməsinə çağırılıb