Heydər Əliyev Fondu

Mənbə: Foto: arxiv

Başlıq: Heydər Əliyev Fondu

Heydər Əliyev Fondu: Oqtay Gülalıyevin müalicəsinə müvafiq dəstək göstəriləcək (yenilənib)

Məqalə yeniləndi:  11 Dekabr 2019

***

17.30. Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev Meydan TV-yə deyib ki, həqiqətən də Heydər Əliyev Fondu müalicənin 10 gün uzadılmasına razılıq verib:

“Məsələ odur ki, fond belə bir bəyanat verir, anama isə deyirlər ki, vaxt tamam olanda Azərbaycana aparacağıq. Sonra da deyirlər ki, həkimlərin rəyin alacağıq, ona uyğun edəcəyik. Oranın həkimləri, əlbəttə, deyə bilməz ki, Oktay bəyi hazırkı vəziyyətdə harasa köçürmək olmaz. Mən bilmirəm bu fondun, yaxud nümayəndiliyinin məqsədi nədir?!”.

Əli Gülalıyev atasının vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmadığını vurğulayıb.

***

“Hər hansı siyasi spekulyasilayara qarşıyıq”

Heydər Əliyev Fondu hazırda Türkiyənin “Amerika xəstəxanası”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb.

Məlumat Heydər Əliyev Fondunun "Facebook" səhifəsində yayılıb.

Fond hazırda kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisinin müalicəsinə zəruri yardım göstərdiyini qeyd edib. Məlumatda xatırladılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir:

“Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir”.

Məlumatda bildirilib ki, xəstəxanadan dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır:

“Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırıb. Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır. Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək, hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir”.

Hüquq müdafiəçi Oqtay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini düşünürlər. Hesab edirlər ki, cərrahiyyə əməliyyatı gec həyata keçirildiyindən vəziyyəti daha da ağırlaşıb.

Hadisədən üç gün sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun “Avrasiya” klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev “Amerika Xəstəxanası”na köçürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/skfthj

Ən çox baxılan