”Həyatla mübarizəni davam etdirmək lazımdır”

2008-ci ilə qədər hər şey qaydasında gedirdi

Source:
Boş vaxtlarında yerli mediada müxtəlif mövzulu yazırlar da yazır.
Boş vaxtlarında yerli mediada müxtəlif mövzulu yazırlar da yazır.

2008-ci ilə qədər hər şey qaydasında gedirdi. Amma bu gün digər günlərdən tamam fərqləndi. İsti yay ayı idi. Kür qırağındakı çaya çimməyə getməklə Orxan bir çox şeylərdən özünü məhrum etdi. Belə ki, çaya tullanaraq çimmək istəyərkən boynu üzərində çayın dayaz hissəsinə dəyir və boyun-onurğa travması alır. Bununla da bütün bədəni iflic olur. Dostlarının köməyi ilə rayon xəstəxanasına aparılan Orxan əməliyyat üçün Bakıya göndərilir.

Bakıdakı əməliyyat uğurlu olsa da, Orxan əvvəlki vəziyyətinə qayıda bilmir…

Çəkdiyi əziyyətlərə baxmayaraq, Orxan həyata nikbin baxır. O, həyatla mübarizəsini davam etdirir. Deyir ki, əməliyyatdan sonra bir ilə yaxın əlil arabasında otura bilməyib. Müxtəlif məşq və inamı nəticəsində özünü toparlayıb.

Fiziki məhdudiyyətinin olmasına baxmayaraq, Orxan, bir çox xarici və yerli şirkətlərdə işləyib. Gənclərə müxtəlif növlü motivasiyalı təlimlər deyib. Hazırda psixologiyanı və kişi-qadın münasibətlərini öyrənir. Geniş ideyası olan Orxan onların həyata keçirilməsi üçün yeni planlar qurur.

Ana səhifəFotoreportaj”Həyatla mübarizəni davam etdirmək lazımdır”