Həlak olmuş əsgərin xatirəsinə həsr olunan tamaşa onlayn nümayiş ediləcək

Səhnə əsəri 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə saat 18:00-da onlayn nümayiş olunacaq

Source: Specify Source


Tamaşa 20 Yanvar faciəsi günü göstəriləcək

Gənc Tamaşaçılar Teatrında Xalq artisti Vaqif Əsədovun rejissoru olduğu “Yarımçıq qalmış” tamaşa nümayiş olunacaq.

Yevda Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olan, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Səhnə əsəri 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə saat 18:00-da onlayn nümayiş olunacaq.

16105351821621850517_1000x669.jpg
“Yarımçıq qalmış” tamaşa
Ana səhifəMədəniyyətHəlak olmuş əsgərin xatirəsinə həsr olunan tamaşa onlayn nümayiş ediləcək