
Mənbə: Meydan TV
Başlıq: Koronavirus
Həftəsonu koronavirusa yoluxanların sayı 2 mini keçib
29 nəfər virusdan vəfat edib
Aprelin 4-də Azərbaycanda 2 021 adam COVİD-29 infeksiyasına yoluxub, 776 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfərin vəfat etdiyi bildirilib.
Operativ Qərargah xatırladıb ki, Azərbaycanda bu günədək ümumilikdə 270 735 nəfər koronavirusa yoluxub:
"Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 25 412 nəfərdir".
Son sutkada 12 210, hazırkı dövrədək isə 2 928 955 testin aparıldığı vurğulanıb.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019