Həftəsonu Azərbaycanda daha 19 nəfər koronavirusun qurbanı oldu

“Bugünkü test sayı isə 8368-dir”.

Source: Архив


Ölkədə virusa yoluxma sayı 601 nəfərdir

Yanvarın 10-da Azərbaycanda 19 nəfər COVİD-19 infeksiyasından ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ qərargah 601 adamın yeni koronavirus infeksiyasına yoluxduğunu, 1593 nəfərin müalicə olunaraq sağaldığını bildirib.

Qərargah Azərbaycanda indiyə qədər 224 min 651 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 208 min 681 nəfər müalicə olunaraq sağalıb, 2909 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 13 min 61 nəfərdir”.

O cümlədən, ötən müddətdə 2 milyon 267 min 923 testin aparıldığı xatırlanıb:

“Bugünkü test sayı isə 8368-dir”.

Ana səhifəSosialHəftəsonu Azərbaycanda daha 19 nəfər koronavirusun qurbanı oldu