Həbsdə olan icra başçısının oğlu prokurorluq orqanlarından çıxarılıb

“Baş Prokurorun müvafiq əmri olub”

Source: Google

Korrupsiya ittihamı ilə həbs olunan Ağstafa Rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışan oğlu Ramal Quliyev işdən çıxarılıb.

Bu barədə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Kamran Əliyev Ramal Quliyevin öz müraciəti əsasında işdən çıxarıldığını söyləyib:

“Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.

Dekabrın 19-da Ağstafa Rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini, YAP yerli rayon təşkilatının sədri Ramiz Tatarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən

saxlanılıblar

.

Saxlanıldıqdan bir gün sonra Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Ana səhifəSiyasətHəbsdə olan icra başçısının oğlu prokurorluq orqanlarından çıxarılıb