Emin Maniyev

Mənbə: Facebook

Başlıq: Emin Maniyev

Həbsdə olan AXCP üzvü: Gördüm, biri əli ilə məni göstərir

Məqalə yeniləndi:  8 Noyabr 2019

Emin Maniyevin şikayəti təmin olunmayıb

Noyabrın 8-də Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü, "Azadlıq" qəzetinin əməkdaşı Emin Maniyevin şikayətinə baxılıb. O, oktyabrın 29-da elə həmin məhkəmənin qarşısında həbs olunmuşdu.

Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmə iclasında E.Maniyevin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkili saxlandığı gün reportaj hazırlamaq üçün Bakı Apelyasiya Məhkəməsinə gəlmişdi. O, məhkəmənin binasından çıxan kimi saxlanılıb. Vəkil bu hadisənin şahidi olmuş və onu lentə almış Zəfər Əhmədli, Təzəxan Mirələmli və başqalarının məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Həmçinin videogörüntülərə məhkəmədə baxılmasını istəyib: "Bundan sonra məhkəmə obyektiv nəticəyə gələ bilər ki, Emin Maniyevin məhkəmənin qarşısında söyüş söyməsi, polislərin tələbinə tabe olmaması barədə inzibati xəta protokolunda və birinci instansiya məhkəməsinin qərarında yazılanlar doğrudur, yoxsa yox".

Vəkil əlavə edib ki, müvəkkili özünü təqsirli bilmədiyi halda, məhkəmə qərarında onun özünü təqsirli bilməsi yazılıb: "Biz bununla əlaqədar birinci instansiya məhkəməsindəki protokolda olan yanlışlıqlar haqda da qeydlərimizi vermişik".

E.Maniyev də özünü söyüş söyməsi və polisə müqavimət göstərməsi barədə yazılanların yalan olduğunu söyləyib. Bildirib ki, həbsi əvvəldən planlaşdırılmışdı. Hətta mülki geyimli polislərin bir-birinə uzaqdan onu göstərdiyini də görüb: "Hiss eləmişdim ki, məni izləyirlər. Gördüm ki, biri əli ilə məni göstərir".

Hakim apelyasiya şikayətini təmin etməyib. E.Maniyevin İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutkalıq həbsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb.

İnzibati həbslərdən şikayət vermək üçün ölkə daxilində sonuncu instansiya apelyasiya məhkəməsidir. Ona görə də E.Maniyev həbsilə bağlı bu qərardan Avropa Məhkəməsinə şikayət göndərəcək

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hg13io

Ən çox baxılan