Mənbə: APA

Həbs olunan zabitlər azadlığa buraxılıb

Məhkəmə onlara şərti cəza verib

Dövlət Sərhəd Xidmətinin (DSX) rüşvət ittihamıyla həbs olunan zabitləri azadlığa buraxılıb. Mayın 7-də məhkəmə onlara şərti cəza verib. Söhbət ötən ilin mayında DTX və prokurorluğun birgə əməliyyatı nəticəsində DSX-nın rəis müavini Əfqan Nağıyevlə birgə həbs olunan zabitlərdən gedir.

Onların işinə Bakı Hərbi Məhkəməsində Rafiq Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. DSX-nın Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov,  polkovnik-leytenant Sakit Muradov və mayor Müzəffər Namazov Xəzər dənizində balıq ovuna ovuna icazəı verib, rüşvət almaqda ittiham olunurdu. İddia olunurdu ki, alınan rüşvətlər general Əfqan Nağıyevə təqdim olunub. Nağıyev də o vəsaitlərin bir hissəsini onların özünə qaytarıb.

Adları çəkilən şəxslərə qarşı istintaq dövründə Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Lakin məhkəmənin sonunda 308-ci maddə ilə olan ittiham CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsinə tövsif olunub. Hərbçi statusunda olan şəxslərdə vəzifə səlahiyyətindən sui-istifadə hallarında bu maddə tətbiq olunur.

Məhkəmə keçmiş DSX zabitlərinə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək, onları şərti cəza ilə məhkəmə zalından azadlığa buraxıb.

2020-ci ilin mayında DTX və prokurorluğun birgə əməliyyatı nəticəsində həbs olunanlar arasında DSX-nın rəis müavini, general Əfqan Nağıyev də vardı. Amma o, üç ay sonra ev dustaqlığına buraxıldı. Daha sonra barəsindəki cinayət işinə xitam verildi. 2020-ci ilin dekabrında isə o, Qarabağ müharibəsində iştirakına görə orden və medallarla təltif edildi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nb1ui6

Ən çox baxılan