Həbs edilən Cəbrayıl köçkününə ailəsi ilə görüş verilmir

Vəkil: ”Bu hərəkət tamamilə qanunsuzdur”

Source:


Vəkil: ”Bu hərəkət tamamilə qanunsuzdur”

Dekabrın 22-də yaşadığı qəsəbədə işığın kəsilməsinə etiraz etdiyi üçün həbs edilən Cəbrayıl köçkünü Calal Quliyevə ailəsi ilə görüş verilmir. Bu barədə Meydan TV-yə onun vəkili Elçin Sadıqov məlumat verib. O, həbs edilən şəxsin ailəsi ilə həftədə bir dəfə görüş, 2 dəfə telefon əlaqəsi haqqı olduğunu söyləyib:

“Calal Quliyev vərəm xəstəsidir. Ona ailəsi ilə görüş verilməməsi tamamilə qanunsuzdur.”

Vəkil Elçin Sadıqov həbs olunanlardan Kürdəxanı Təcridxanasında saxlanılan Calal Quliyev, 3 saylı İstintaq Təcridxanasında saxlanılan İlkin İsgəndərov, Zaur Fehruzlu və Ülvi Quliyevin vəkilidir. O, qərardan apellyasiya şikayəti verdiyini deyir.

Biləsuvarda məskunlaşan Cəbrayıl köçkünlərinin işığın verilməməsi ilə bağlı aksiyasından sonra Gülağa Əliməmmədov, Calal Quliyev, İlkin İsgəndərov, Ülvi Quliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma və yandırma ), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Ana səhifəXəbərlərHəbs edilən Cəbrayıl köçkününə ailəsi ilə görüş verilmir