Mənbə: Belta

Hansı Belarus şirkətlərinin Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacağı məlum olub

Məqalə yeniləndi:  21 İyun 2021

Məqalə Euroradio saytında dərc olunub.

8 şirkətin adı çəkilir

Aşağıdakı Belarus şirkətləri Avropa İttifaqının yeni sanksiyalarına məruz qalacaq:

“Logex”, Yeni neft şirkəti, “Sohra”, “Bremio Group”, “Globalcustom”, “Belaeronaviqasiya”, Minsk Avtomobil Zavodu və Belarus Avtomobil Zavodu. Bu haqda Litvanın “15min.lt” saytı xəbər verib.

“Logex” – gömrük brokeridir. Onun adını artıq Aİ-nin sanksiya siyahısına salınan Aleksandr Şakutinlə bağlayırlar. Yeni neft şirkəti - 2020-ci ildə alternativ Rusiya neftinin Belarusa tədarük edilməsi və Belarus neft məhsullarının ixracatı məqsədilə yaradılıb. Onun səhmdarları arasında Aleksey Oleksinin, Nikolay Vorobeyin (hər ikisi Aİ-nin “qara siyahısı”ndadır), Mixail Quseriyevin (Aleksandr Lukaşenkonun köhnə partnyoru) adını çəkirlər. Yeni neft şirkəti “Belneftkimya” dövlət konserninə daxil deyil.

“Sohra” - Belarus yük maşınlarının, tikinti materialları və kalium gübrələrin traktorlarının ixracı ilə məşğuldur. Şirkət Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib və Oleksinin yaxın partnyoru Aleksandr Zaysevə məxsusdur.

“Bremino Group” – Zaysevin, Oleksinin və Vorobeyin şirkətidir. Bu şirkət “sanksiyalı mallar”ı Belarusdan keçirərək Rusiyaya daşımaqla məşğuldur.

“Globalcustom” - tranzit və logistik xidmətlərlə məşğuldur. Onu yaxın keçmişdə istefaya göndərilən Viktor Şeymanın (Belarus Prezident Aparatının rəhbəri) adı ilə bağlayırlar. Məhz bu şirkət 2020-ci ildə Belarusda ilk dəfə “Qardservis” mühafizə müəssisəsi təsis edib.

“Belaeronaviqasiya” – Belarus hava məkanında aeronaviqasiya xidmətləri təklif edən dövlət şirkətidir. MAZ və BelAZ – avtomobil nəhəngləridir. Hərçənd məhsullarının böyük bir hissəsi Rusiyaya və dünyanın üçüncü ölkələrinə tədarük edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tmisml

Ən çox baxılan