“Hamı bir gün bu toplu linçlərin qurbanına çevrilə bilər”

“Toplumdakı patriarxal anlayış, yorum və diskurs da bu sui-istifadə zehniyyətini bəsləməkdədir və beləliklə, hamı bir gün bu toplu linçlərin qurbanına çevrilə bilər”.

Source:


Müxtəlif ölkələrdə yaşayan ziyalılar Azərbaycan cəmiyyətinə müraciət etdi

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalılar Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızına qarşı törədilən təxribatı pisləyən müraciət yayıb. Azərbaycan toplumuna ünvanlanan müraciəti imzalayanlar İran azərbaycanlılarıdır.

Müraciətdə deyilir:

“Hür vicdanı, gur səsi və özgür iradəni işgəncə, dustaq, sürgün və şantaja əl ataraq basdırma, qısdırma və yox etmə politikası tək səsliliyi bəsləyən və istibdadı ayaqda tutan bir gələnəkdir. Ədaləti və özgürlüyü müdafiə edən insanların yanında yer almaq isə toplumları ayaqda tutan və yaşadan bir ərdəmdir.

Qadınlar başda olmaq üzərə insanların özəl yaşamı üzərindən hədəf alınması hər şeydən öncə bu olayları planlayan və yönədən zümrənin nə sayaq bir əxlaqi çöküşün içində olduğunun göstəricisidir”.

Müraciət müəllifləri daha sonra qeyd edir:

“Son günlərdə -bir çox örnəkdə tanıq olduğumuz kimi- bu çirkin hücumlarda təkcə dəyərli bilim və mücadilə insanımız Cəmil bəy Həsənli və qızı deyil; eyni zamanda Azərbaycan toplumunun özgür və adil şərtlərdə yaşamasını arzulayan hər kəs hədəf alınmışdır.

İnsanların, özəlliklə insan haqları aktivistlərinin şəxsi həyatı üzərindən aparılan hücumlar itaət, özünü senzor və qorxu kültürünü yaymaq, etiraz kültürünün yayğınlaşmasını əngəlləmək, müxalifətçiliyin maliyətini artırmaq, siyasət sahəsini daraltmaq və gücü bəlli azlığın əlində tutmaq amacına xidmət etməkdədir. Toplumdakı patriarxal anlayış, yorum və diskurs da bu sui-istifadə zehniyyətini bəsləməkdədir və beləliklə, hamı bir gün bu toplu linçlərin qurbanına çevrilə bilər.

İnsanlarımıza və toplumumuza qıyan bu çirkin hakim zehniyyətin ortadan qaldırılmasının tək yolu Azərbaycanda insani dəyərləri əsas alan və ucaldan hüquq normalarına əməldə bağlı qalmaq və gərəklərini yerinə gətirmək olaraq görülməlidir”.

“Biz, Güney Azərbaycan ictimaiyyətinin demokratik dəyərlərə inanan bir kəsimi adına toplumumuzu insani dəyər və ərdəmlərdən boşaltmağa və qarayaxmaları bir kültürə dönüşdürməyə çabalayan zorbalara qarşı haqq, ədalət və azadlıq yolunda mücadilə verən insanları dayanışmaya və duyarlı olmağa, hakimiyyəti isə məsuliyyətli davranmağa dəvət edir, təməl haqq və hürriyyətlərə zidd olan bu anlayışı şiddətlə qınayırıq”. – akademiklər vurğulayıb.

Müraciəti imzalayanlar:


  1. Dr. Behruz Əlizadə (biotexnoloq, Qoşaçay)

  2. Davut Turan (sosioloq, Vaşinqton)

  3. Dr. Fateme Dehgan (beynəlxlaq münasibətlər mütəxəssisi, İstanbul)

  4. Dr. Hacər Kəbiri (sosioloq, İstanbul)

  5. Dr. Hilal Ulus (şərqşünas, Köln)

  6. Dr. Höccət Qasimlu (politoloq, İstanbul)

  7. Dr. Lalə Cavanşir (türkoloq, Toronto)

  8. Dr.Məmməd Ənsari (musiqişünas, Berlin)

  9. Dr.Nasir Əlizadə (iqtisadçı, Xoy)

  10. Dr. Rıza Ləkzadə (farmakoloq, Ankara)

  11. Rıza Talibi (jurnalist, İstanbul)

  12. Rıza Siami (rejissor, Ərdəbil)

  13. Dr. Səbur Kəbiri (sosioloq, İstanbul)

  14. Dr. Sedighe Adalati (sosial psixoloq, Hamburg

  15. Səməd Purmusəvi (arxitektor, Toronto)

  16. Seyfəddin Hatəmluyi (jurnalist, Köln)

  17. Dr. Simin Səbri (psixoloq, Bergen)

  18. Dr. Şeyda Savalan (biotexnoloq, İstanbul)

  19. Dr. Toğrul Atabay (türkoloq, Xoy)


20. Umud Evrən (politoloq, Amsterdam)


21. Dr. Vali Sülaymanoğlu (türkoloq, Köln)


22. Vəhid Azar (rejissor, Vancouver)

Ana səhifəSiyasət“Hamı bir gün bu toplu linçlərin qurbanına çevrilə bilər”