İyunun 27-də təkcə Səfərovlar ailəsininin üzvləri yox, ümumilikdə 60-dan çox azərbaycanlının saxlanıldığı barədə məlumatın olduğu deyilir. Baş verənləri şərh edənlər bildirir ki, bu Rusiyanın Azərbaycana bir mesajıdır:
- Azərbaycan hakimiyyət və cəmiyyətinin Rusiyaya olan loyal münasibəti heç vaxt dəyərləndirilməyəcək, onlar öz qonşularına köləsi olan dövlət və xalqlar kimi yanaşırlar
- Rusiya dövləti ötən ilin dekabrında Qroznıda AZAL təyyarəsinin vurulması və ondan sonrakı bir sıra hadisələr zamanı Azərbaycan rəhbərliyinin mövqeyinə cavab verir
- Azərbaycanın ötən müddətdə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltməsi, hətta regional geosiyasətdə Moskvanın maraqları ilə üst-üstə düşən mövqe sərgiləməsi belə Putin rejimini qane etmədi