Hadı Rəcəbli: İki nazirlik əlilliyin təyin edilməsinin yeni modeli üzərində işləyir

Dövlət Məşğulluq Xidməti işlə bağlı müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir.

Source:


“Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək”

"Bəzən vizual olaraq görünən insanlara əlillik təyin edilmir. Bu məsələnin aidiyyəti qurumla geniş müzakirəsi vacibdir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov belə deyib. O, əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.

Komitə sədri Hadı Rəcəbli də məsələ ilə bağlı dinləmə keçirməyin tərəfdarı olduğunu deyib: "Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyin edilməsinin yeni modeli üzərində işləyirlər. Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük”.

trend_rauf_aliyev_main.jpg
Rauf Əliyev

Deputat Rauf Əliyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib. O bildirib ki, insanlar iş üçün deputatlara müraciət edirlər:

“Dövlət Məşğulluq Xidməti işlə bağlı müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir. Həmin şəxs də deyir ki, ali təhsillidir, ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır".

Deputat bu məsələyə baxılmasının vacib olduğunu deyib.

Ana səhifəİqtisadiyyatHadı Rəcəbli: İki nazirlik əlilliyin təyin edilməsinin yeni modeli üzərində işləyir