Mənbə: Meydan Tv

''Hacı Qalib Arif Paşayevin adından Bilgəhdə vətəndaşların torpaqlarını zəbt edir''

Məqalə yeniləndi:  27 Avqust 2019

Şikayətçilər mətbuat konfransı keçiriblər

Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində Bakının Bilgəh qəsəbəsində vətəndaşlara məxsus, özəl mülkiyyətdə olan torpaqların zəbt olunması ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı çıxış ediblər. Deyiblər ki, Bilgəh qəsəbəsindən onlarla vətəndaş onlara müraciət edərək mülkiyyət hüquqlarının bərpa olunmasınıda yardımçı olmalarını istəyirlər. Belə vətəndaşlardan biri də Seymur Quliyevdir.

Seymur Quliyev deyib ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb. Bundan sonra Seymur Quliyev məhkəmələrə üz tutub, məhkəmələr onun xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır. Seymur Quliyev bildirib ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır:

“Təkcə mənim torpağımı deyil, 28 üzvü olan “Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”.

Seymur Quliyev bildirib ki, bu gün Qalib Salahzadə onun özəl mülkiyyətində olan torpaqdan özünü “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edir. Oradan hər gün külli miqdarda pul toplanır, lakin vergi ödənilmir.

Tədbirdə Bilgəhdə torpağı zəbt olunun Elmira Quliyevanın nümayəndəsi də çıxış edib. O, Qalib Salahzadənin 2008-ci ildə onların torpaqlarını zəbt etdiyini, məhkəmə qərarlarına bu günə qədər məhəl qoyulmadığını açıqlayıb. Qərara alınıb ki, Qalib Salahzadənin özbaşınalıqları haqda ölkə rəhbərliyi məlumatlandırılsın.

Meydan TV məsələ ilə bağlı Qalib Salahzadənin münasibətini öyrənə bilməyib. Sabiq deputat Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudasıdır. O, Hacı Qalib kimi tanınır, indiyədək 27 dəfə həcc ziyarətinə getdiyini deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/icedls

Ən çox baxılan