Mənbə: JAMnews

Gürcüstandakı azərbaycanlılar: niyə yaxşı təhsil və perspektivli iş əldə etmək bu qədər çətindir?

Orijinal olaraq yayımladıJAMnews

Yerlilər deyirlər ki, əsas səbəb gürcü dilinin öyrənilməsi ilə bağlı məktəblərdəki qeyri-adekvat vəziyyətdir

Gürcüstandakı azərbaycanlılar – dörd milyondan az əhalisi olan ölkənin 300 minə yaxın sakini. Azərbaycanlı icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə yaşayır – özlərinə məxsus həyatlarıyla, ölkə əhalisinin böyük hissəsinin diqqətindən kənarda, gürcü cəmiyyətindən faktiki təcrid olunmuş vəziyyətdə.

İllər ərzində Gürcüstanda hökumət və qeyri-hökumət təşkilatları bu regionda vəziyyəti dəyişmək üçün çox sayda layihələr düşünüb. Böyük pullar xərclənib. Amma nəticə böyük deyil.

“Bu insanlar yenə də ölkədəki ictimai-siyasi proseslərdə iştirak etmir və özlərini tam mənada cəmiyyətin bir hissəsi kimi hiss etmirlər”, – bu, Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariyanın dəyərləndirməsidir. O 2019-cu ilin iyununda Tbilisidə keçirilən diskussiyaıarda Gürcüstan azərbaycanlıları və erməniləri haqda danışıb .

Bu yaxınlarda Sosial Tədqiqatlar və Analiz İnstitutunun (Soros Fondunun Gürcüstan şöbəsinin dəstəyi ilə) apardığı tədqiqat da eyni nəticəyə gəlib.

Məktəblərdə keyfiyyətsiz təhsil – Gürcüstanda azərbaycanlıların həyatındakı problemin kökü

Niyə Avropa tələblərinə uuyğun qanunvericiliyə rəğmən göstərilən səylər və böyük maliyyələr köklü dəyişikliklərə nail olmaq üçün yetərli olmur?

Biz bu sualın cavabını Kvemo Kartli regionunda azərbaycanlı icmasında axtarmaq qərarına gəldik. Onlarla müsahibə və söhbətlər nəticəsində belə nəticəyə gəldik ki, problemin kökündə əslində icmanın inkişafının və inteqrasiyasının əsasını təşkil etməli olan məktəblər durur.

Kvemo Kartli bölgəsində azərbaycanlı ailənin yaşadığı ev

Kvemo Kartli bölgəsində azərbaycanlı ailənin yaşadığı ev

Mənbə: JAMnews

Yerli pedaqoqların, məktəblilərin və valideynlərin yerli məktəblərə qarşı üç əsas iradı var:

  • Gürcüs dili tədrisinin aşağı səviyyədə olması.
  • ümumi təhsilin aşağı səviyyədə olması.
  • Gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır.

Hər biri haqda daha təfərrüatlı.

Gürcü dili tədrisinin aşağı səviyyədə olması

Kvemo Kartlidə ümumilikdə 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alır.

Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirirlər.

Bunun üç əsas səbəbi var.

Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi.

Amma ikinci səbəb də var – dərslik problrmi. Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Pedaqoqlar deyir ki, uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar.

Amma yerlilər deyirlər ki, hətta bu iki səbəb də ən əsas problem deyil. ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır.

Azərbaycanlı uşaqların əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri belə öyrənmədən bitirir

“Bizim gürcü dili müəlliməmiz dərslərə Tbilisidən gəlir. O, azərbaycan dilini ümumiyyətlə anlamır və müvafiq olaraq uşaqlarla ünsiyyət qura bilmir. Dərslər dil öyrənərək yox, müəllimlə uşaqların bir-birinə nə demək istədiklərini az-çox anlamaq cəhdləri ilə keçir”, – Azərbaycan məktəblərindən birinin direktoru JAMnews-a danışıb.

O, gürcü dili müəlliməsinə hörmət əlaməti olaraq özünü təqdim etmək istəməyib.

Kvemo Kartli bölgəsində azərbaycanlı  şagird

Kvemo Kartli bölgəsində azərbaycanlı şagird

Mənbə: JAMnews

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN

Orijinal olaraq yayımladıJAMnews

Bölmələr:  
qısa linklər:   http://mtv.re/8yf0yg

Ən çox baxılan