Analiz

Mənbə: Foto: ria novosti

Başlıq: Analiz

Gürcüstanda koronavirusdan yoluxma qeydə alınıb

Nazir sərhədçilərin də karantinə aləndığını deyib

Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze çərşənbə günü İrana işgüzar səfərə getmiş bir Gürcüstan vətəndaşının koronavirusa yoluxduğunu açıqlayıb, - yerli gürcü mediaları xəbər verir.

Tikaradze çərşənbə axşamı Azərbaycan üzərindən Gürcüstana qayıdan şəxsin dərhal Tbilisi yoluxucu xəstəliklər xəstəxanasına çatdırıldığını və onun sərhədçilərdən başqa digər vətəndaşlarla heç bir ünsiyyətinin olmadığını deyib.

Səhiyyə naziri onu da qeyd edib ki, Gürcüstan sərhədçiləri qoruyucu vasitələrdən istifadə etsələr də, onlar da karantin altına alınacaq.

“Gürcüstan vətəndaşlarını əmin etmək istərdim. Panikaya əsas yoxdur, çünki hökumətimiz hər şeyi edir və biz Gürcüstanda koronavirus epidemiyasının qarşısını almaq üçün bütün səylərimizi səfərbər edirik”,- Tikaradze deyib.

Ekaterine Tikaradze

Ekaterine Tikaradze

Mənbə: Foto: Gürcastan mediası

Bazar günü koronavirusun bölgəyə yayılmasından sonra Gürcüstan İranla uçuşları dayandırıb. Nazir Tikaradze bu gün quru yolla hərəkətə də iki həftəlik məhdudiyyət qoyulacağını bildirib.

Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Gamkrelidze koronavirusun yayılması fonunda vətəndaşlara müvəqqəti olaraq Çin, İran, Cənubi Koreya və İtaliyaya getməmələrini tövsiyə edib.

Koronavirus keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində meydana gəlib. O vaxtdan bəri virusun dünyanın 30-a yaxın ölkəsinə yayıldığı bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iwgwit

Ən çox baxılan