Gürcü işçilərin yoxluğu Türkiyə çay sənayesini yerlilərə üz tutmağa vadar edib

Fermer Kamal Peçe “Al Jazeera”-yə deyib ki, “Çaykur”un alıcılıq kvotası istehsalçıları məhsulun qalan hissəsini özəl şirkətlərə aşağı qiymətə satmağa məcbur edir.

Source: https://ahvalnews.com/tea/


“Bu il gürcü işçilərin olmaması çay istehsalçılarının 100 milyon dollar qənaət etməsinə səbəb olub”

Koronavirus pandemiyası Gürcüstandan gələn mövsümi işçilərin ölkəyə daxil olmasının qarşısını aldığı üçün Türkiyənin çay istehsalçıları icmalara müraciət edirlər, – “Al Jazeera” xəbər verir.

Çay istehsalçıları ölkənin cənubunda məskunlaşmış məşğulluq imkanlarının az olduğu mövsümi işçilərlə işləyirlər, – xəbərdə deyilir.

Qara dəniz bölgəsindəki Rize əyalətində kəndlərin kobud ərazilərində ağır çay torbalarının yığılması və daşınması kimi çətin iş 1990-cı illərdən bəri ənənəvi olaraq on minlərlə gürcü işçilərə həvalə edilir.

Dünyanın ən üstün çay istehsalçılarından biri olan Türkiyə sənayesində məhsulun 60 faizi “Çaykur” dövlət şirkətinin payına düşür.

Təxminən 1,2 milyon fermer, fabrik işçisi və xırda ticarətçilər Qara dəniz bölgəsində çay yolu ilə həyatlarını qazanırlar.

Fermer Kamal Peçe “Al Jazeera”-yə deyib ki, “Çaykur”un alıcılıq kvotası istehsalçıları məhsulun qalan hissəsini özəl şirkətlərə aşağı qiymətə satmağa məcbur edir.

Türkiyə 11 martdan etibarən COVID-19 səbəbiylə bütün ölkələrlə sərhədlərini bağlayıb. Bu səbədən sənaye istehsalının bir çox sahəsi həlli yerli icmalarda tapmağa çalışır.

“Al Jazeera” bildirib ki, may ayında daxili səyahət qadağası ləğv edilib, digər şəhərlərdə yaşayan kəndlilərə məhsul yığmaq üçün doğma şəhərlərinə qayıtmağa imkan verilib.

“Biz cənubdan olan işsiz qardaşlarımızı burada iş imkanları ilə təmin etməyə çalışacağıq ki, onlar ölkədə qalsınlar”,- Çay İstehsalçıları Birliyinin prezidenti Mustafa Mavi deyib.

Mavi sənaye nümayəndələrinə istinadən deyib ki, bu il gürcü işçilərin olmaması onların 100 milyon dollar qənaət etməsinə səbəb olub.

Ana səhifəDünyaGürcü işçilərin yoxluğu Türkiyə çay sənayesini yerlilərə üz tutmağa vadar edib