Göygöl rayonunun icra başçısı vəzifəsindən azad edildi

Arif Seyidov 2006-cı ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində idi.

Source: Specify Source

Prezident İlham Əliyevin sərəncamı ilə mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov vəzifəsindən azad olunub.

1957-ci ildə Göygöl rayonunda doğulan Arif Seyidov 2006-cı ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində idi.

2019-cu ilin sonundan başlayaraq DTX-nın korrupsiyaya qarşı əməliyyatları çərçivəsində Ağstafa, Neftçala, İmişli, Biləsuvar rayonlarının fəaliyyətdə olan icra başçıları, Yevlax rayonunun keçmiş icra başçısı həbs olunub, Saatlı rayonunun icra başçısı isə vəzifəsindən azad edilib.

Həbs olunanlar vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, rüşvətalma, rüşvətvermədə təqsirləndirilir.

Ana səhifəSiyasətGöygöl rayonunun icra başçısı vəzifəsindən azad edildi