Gömrüklə bağlı yeni qərarın iqtisadi əsası və etirazlar

Gömrüklə bağlı yeni qərarın iqtisadi əsası və etirazlar

Avqustun 21-də Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na dəyişikliklər edilib. Yeni qərara əsasən xaricdən özünüzlə və ya poçt xidməti, daşıma şirkətləri ilə gətirdiyiniz məhsullara tətbiq olunan güzəştli limit azaldılıb. Əvvəl özünüzlə 1500 ABŞ dolları məbləğində məhsul gətirib, rahatlıqla ölkəyə keçirə bilərdizsə, indi bu rəqəm 800 ABŞ dollarına qədər endirilib. Həmçinin poçt xidməti, daşınma şirkəti ilə adınıza çatdırılma həyata keçirərkən də, 300 dollarlıq limitə sahibsiz. Əvvəllərsə bu rəqəm 1000 dollar idi. Əlbəttə, daha yuxarı məbləğdə alış-veriş də edə bilərsiz. Amma limiti keçəcəyiniz halda 36%-lik əlavə gömrük ödənişi etməli olacaqsız. Qəfil addımın səbəbini Gömrük Komitəsi bəzi vətəndaşların öz adlarına gətirdikləri məhsulu başqalarının adına rəsmiləşdirərək, gömrük ödənişlərindən yayınması, nəticədə həmin mallar üzrə qaçaqmalçılıq hallarının artması ilə ilə izah edir. Mütəxəssislər isə bu qərarın arxasında başqa səbəblər görür.

Qərara vətəndaşlar arasında da müsbət yanaşılmadı. Daşınma şirkətləri qarşısında növbədə dayanan insanlarla sorğuda da bunu gördük.

Toğrul Maşallı deyir ki, qərardan öncə satış məqsədilə ölkəyə gətirilən malların gömrük ödənişləri azaldılmalı idi. Üstəlik, yeni qaydalar insanların əlindən alternativlərini də alacaq, inhisarçılıq imkanlarını artıracaq.

Geyim məsələlərində bəlkə də 300 dollarlıq limitlə keçinmək olar. Bəs texnika? Fotoqraf Cavid Qurbanov da yeni qərarın zərərçəkənlərindən biridir.

Qərarın müzakirəsi sosial şəbəkələrdə bu günə qədər davam edir. İstifadəçilər qərar əleyhinə kampaniya başladıb, ictimai fəallar hökuməti qərarı ləğv etməyə çağırır. Hətta deputatlardan da yeni limiti doğru saymayanlar var. Rəsmilər isə geri addım atmağa istəkli görünmür.

Mütəxəssislər bu tip qərarları pandemiya dövründəki iqtisadi itkiləri vətəndaşlara yükləmək, monopoliya imkanlarını dərinləşdirmək kimi dəyərləndirir. Digər sahələrdə nə kimi yüklərin olacağı isə pandemiya şəraiti sona çatdıqca bəlli olacaq.

Ana səhifəVideoGömrüklə bağlı yeni qərarın iqtisadi əsası və etirazlar