”Gəncə işi”nə görə məhkəməsi gedən şəxsin valideynləri saxlanılıblar

Həbs olunanların yaxınları aksiya keçirməyə cəhd ediblər

Source:


Həbs olunanların yaxınları aksiya keçirməyə cəhd ediblər

“Gəncə işi” ilə bağlı həbs olunmuş şəxslərin yaxınları mayın 7-də Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onlar Azərbaycan və ingilis dillərində şüarlar qaldırandan sonra polis bir neçə şəxsi saxlayıb.

Bu barədə Meydan TV-yə danışan hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, həbsdə olan Elmir Hüseynzadənin atası Natiq Hüseynov və Abbas Abbaszadənin atası saxlanılıb.

Oqtay Gülalıyevin sözlərinə görə, hazırda bu adamların övladlarının prosesi Sabunçu Rayon Məhkəməsində gedir.


Ötən il iyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazov güllələnib. Ardınca iyulun 10-da Gəncədə iki polis əməkdaşı qətlə yetirilib. Hər iki faktla bağlı cinayət işi başlanıb. Ümumilikdə təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Həbs olunanlardan bir qisminin məhkəməsi başa çatıb, iki qrupun mühakiməsi davam edir. Sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərov və onunla birlikdə ittiham olunanların işi üzrə istintaq isə davam edir.

Ana səhifəXəbərlər”Gəncə işi”nə görə məhkəməsi gedən şəxsin valideynləri saxlanılıblar