Gələn ildən təhsil sahəsində 3 agentlik fəaliyyət göstərəcək

Foto: Elm və Təhsil Nazirliyi

Nazir yeni strukturların razılaşdırılma mərhələsinin bitdiyini deyir

Elm və Təhsil Nazirliyinin nəzdində üç agentlik yaradılır.

Bu haqda məlumatı elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə deyib.

Bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumtəhsil Məsələləri üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Agentliyi gələn ildən fəaliyyətə başlayacaq.

“Hər üç agentliyin sənədləri hazırlanaraq müvafiq qaydada hökumət sturkurlarına təqdim olunub. Razılaşdırılma mərhələsi bitib. Gözləyirik, bu ilin sonuna qədər proses tamamlansın. 2023-cü ilin yanvarından yeni strukturda fəaliyyətə başlayacağıq”, – nazir bildirib.

Ana səhifəXəbərlərGələn ildən təhsil sahəsində 3 agentlik fəaliyyət göstərəcək