Cəfərovlar ailəsinin yaşadığı ev

Mənbə: Foto: Meydan TV

Başlıq: Cəfərovlar ailəsinin yaşadığı ev

“Gecə uşaqlarımı siçovullar yeyir”

Gəncə sakini: “Bəlkə bir ildir bədənimizə su dəymir”

Gəncədə “Dubay bazarı” deyilən yerdən xeyli aşağıda, nizamsız, səliqəsiz evlərin arasında Cəfərovlar ailəsinin koması yerləşir. Komaya daxil olmaq üçün məişət tullantılarının arasından keçmək lazım gəlir.

“Ona-buna yalvarırıq ki, nəsə alıb versinlər, yeyək”

Səyyarə Cəfərova bizi “Dubay bazarı”nın önündə qarşılayır. Koma xeyli uzaqdadır, ora piyada getməli olacağıq. Sonradan 4 yaşı olduğunu öyrəndiyimiz Yusif yolu geri qayıtmağa hazır deyil, ayaqları ağrıyır. Səyyarə onu kürəyinə alır.

Qadın hələ yolda çox ağır vəziyyətdə yaşadıqlarından danışır. Deyir ki, evə daimi cəmi 110 manat pul gəlir. Həyat yoldaşı Azər Cəfərova əlilliyinə görə bu qədər verirlər, ola bilər ki, artacaq.

“Gedib görəcəksiz necə zülm çəkirəm. Həyat yoldaşım anadangəlmə pis görür. Aldığı pul heç iynə-dərmanını ödəmir. Ona-buna yalvarırıq ki, nəsə alıb versinlər, yeyək. Gecə uşaqlarımı siçovullar yeyir. Baxın, mənim üzümü yeyib. Uşaqları palazla qorumağa çalışıram. Deyirəm, cəhənnəm, qoy məni gəmirsinlər. Bütün gecəni gözümə yuxu getmir. Yayda da ilandan qorunmağa çalışırıq. İcra Hakimiyyətinə gedirəm, deyirlər ki, uşaqları saxlaya bilmirsənsə, apar uşaq evinə ver. Bəlkə bir ildir bədənimizə su dəymir. Heç kimim də yoxdu ki, üstünə gedim. Evdə uşaqların nə qədər paltarları yığılıb, yumağa su tapılmır. Bütün qonşular çən alıb su üçün, mənim imkanım çatmır”, – Səyyarə yolda bunları danışmağa imkan tap

Səyyarə Cəfərova

Səyyarə Cəfərova

Mənbə: Meydan TV

“Hamı lağ eləyir”

Azər Cəfərov komanın lap yaxınlığında bizi gözləyir. Fikrini sərrast çatdıra bilmir, buna görə də söhbəti Səyyarə ilə davam etdirməli oluruq. Qadın deyir ki, həyətdə 5 və 7 metr dərinliyində iki quyu var. Azər gecə heç görmür, qorxurlar ki, həyətə çıxanda quyuya düşər. Quyuların üstünü sınıq şiferlərlə örtüblər, bundan artığını etməyə imkan çatmayıb. Müraciət etdikləri yerlərdən isə adekvat cavab almayıblar.

Cəfərovlar ailəsinin yaşadığı yer təsvir edilməyəcək dərəcədə pis vəziyyətdədir. Kənardan buranın ev olduğunu demək çətindir. İçəridəki mənzərəni “yaşanmalı yer” adlandırmaq olmur.

“Elə zülm içində yaşayırıq ki... Yardım eləyənlər olmasa, acından ölərik. Həmişə yerdə yatmışıq. Sonra qonşu sınıq çarpayı verdi. İşıq kartladır, qurtaranda bir neçə gün işıqsız yaşayırıq. Özüm neçə xəstəlikdən əziyyət çəkirəm, amma səsimi çıxarmıram. Altı sistem yazıblar, imkan yoxdu ki, müalicə olunum. Onun-bunun köhnə paltarını geyinirik. Hamı lağ eləyir”, - qadını ağlamaq tutur, daha danışa bilmir.

Azər Cəfərov

Azər Cəfərov

Mənbə: Foto: Meydan TV

“Bizim heç bir şeyimiz yoxdur”

Bir az evin yeganə qızı, üçüncü sinifdə oxuyan Aysellə söhbətləşirik. Yaxşı oxumağa çalışır. Danışır ki, anası onu məktəbə qoyandan sonra dərslərin sonuna qədər gözləyir. Böyüyəndə anasına, atasına yaxşı baxacağına söz verir.

Aysel valideynlərinin başı qarışanda xəlvətcə məktub uzadır. Deyir ki, bunu yazmasından heç kimin xəbəri yoxdur. Oxuyuruq:

Ayselin məktubu

Ayselin məktubu

Mənbə: Meydan TV

“Salam. Xahiş edirəm ki, bizə ev verin, bizə kömək edin. Biz yerdə yatırıq, yer daşdır. Atam xəstədir, mamam işləyib bizi saxlaya bilmir. Atam ayda 110 manat alır, o da heç öz xəstəliyini görmür. Bizim heç bir şeyimiz yoxdur. Mamam iki dəfə operasiya olunub, atamın gözü görmür, qulağı eşitmir. Sizdən xahiş edirəm ki, bizə kömək edin!”

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə ilk dəfədir bu ailə haqqında eşitdiklərini deyiblər və ərazi üzrə nümayəndəyə yönləndiriblər. Lakin nümayəndəni gün ərzində otağında tapmaq mümkün olmayıb, ona məxsus olduğu deyilən telefona cavab verilməyib.

Cəfərovlar ailəsinin evi

Cəfərovlar ailəsinin evi

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cvechh

Ən çox baxılan