Fransa millisi DÇ-2022-də növbəti mərhələyə vəsiqə qazanıb

Messi ikinci qolunu vurub, Argentina qələbəyə sevinib

Qətərdə təşkil olunan dünya çempionatında noyabrın 26-da daha dörd oyun keçirilib.

Günün ilk matçı D qrupunda baş tutub. Tunis millisi Avstraliyanı sınağa çəkib. Avstraliyalılar minimal hesabla qalib gələrək, vacib üç xal əldə ediblər.

Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş fransızların ardıcıl ikinci qələbəsiylə yekunlaşıb. 2:1 hesablı qələbə Fransanın DÇ-2022-də pley-off mərhələsinə çıxmasını rəsmiləşdirib. Qrup mərhələsində üçüncü turun oyunlarının nəticələrindən asılı olmayaraq, Fransa yığması növbəti mərhələyə vəsiqə qazanan ilk komanda olub.

Xal: Fransa – 6. Avstraliya – 3. Danimarka – 1. Tunis – 1.

C qrupunda isə ikinci tura Polşa – Səudiyyə Ərəbistanı matçı ilə start verilib.
İlk turda gözlənilmədən Argentina üzərində qələbə qazanan Səudiyyə Ərəbistanı millisi polşalılarla görüşdə 0:2 hesabı ilə uduzub.

İlk turda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olan Argentina yığması Meksika ilə qarşılaşıb. Bu oyunda argentinalıları qələbə qane edirdi. Əks halda, Lionel Messinin lideri olduğu komandanın DÇ-2022-də qrupda qalmaq ehtimalı daha da böyüyəcəkdi. Amma argentinalılar çətin keçən oyunda qələbə qazanmağı (2:0) bacarıblar. Messi bu oyunda fərqlənməklə, mundialda ikinci qolunu vurub.

Xal: Polşa – 4. Argentina – 3. Səudiyyə Ərəbistanı – 3. Meksika – 1.

DÇ-2022
2-ci tur

27 noyabr

E qrupu
14:00. Yaponiya – Kosta-Rika (“Ahmad Bin Ali” stadionu)
23:00. İspaniya – Almaniya (“Al Bayt” stadionu)

F qrupu
17:00. Belçika – Mərakeş (“Al Tumama” stadionu)
20:00. Xorvatiya – Kanada (“Xalifa” stadionu)

Ana səhifəXəbərlərFransa millisi DÇ-2022-də növbəti mərhələyə vəsiqə qazanıb