Fransa İtaliyadan gələn avtobusu mühasirəyə alıb

Qripəbənzər simptomlara sahib sərnişin isə xəstəxanaya aparılıb.

Source: Foto: sosial şəbəkə


Qripəbənzər simptomlara sahib sərnişin xəstəxanaya aparılıb

Bazar ertəsi Fransa İtaliyanın Milan şəhərindən Lyon şəhərinə gedən sərnişin dolu avtobusu mühasirəyə alıb. “Reuters” xəbər verir ki, səbəb avtobusda bir nəfərin koronavirusa tutulma ehtimalı olub.

Xəbərdə qeyd edilir ki, polis avtobusun ətrafına təhlükəsizlik kordonu çəkib və sərnişinləri digər səyahətçilərlə təmasa girməyəcəkləri şəkildə Lyon Perrache avtovağzalının bir hissəsinə köçürüb. Qripəbənzər simptomlara sahib sərnişin isə xəstəxanaya aparılıb.

İtaliya hazırda Avropada koronavirusun ən geniş yayıldığı ölkə hesab edilir. Xəstələr daha çox Lombardy və Veneto şəhərlərindədir. Cümə günündən bəri 200-dən çox yoluxma halı qeydə alınıb və xəstəlikdən indiyədək 5 adam ölüb.

Fransa hökuməti bazar ertəsi günü bəyanat verərək övladları Çin, Honq Konq, Sinqapur və ya İtaliyanın Lombardiya bölgəsinə getmiş valideynlərə uşaqlarını evdə saxlamağı tövsiyə edib.

Ana səhifəDünyaFransa İtaliyadan gələn avtobusu mühasirəyə alıb