”Foxnews”: Fələstin prezidenti “KQB” agenti olub

Kod adı “Krotov” olan Mahmud Abbasın 1980-ci illərdə Rusiya kəşfiyyatına işlədiyi bildirilir, hökumət nümayəndələri xəbəri İsrailin Fələstin prezidentini gözdən salmaq cəhdi kimi qiymətləndirib

Source:


Kod adı “Krotov” olan Mahmud Abbasın 1980-ci illərdə Rusiya kəşfiyyatına işlədiyi bildirilir, hökumət nümayəndələri xəbəri İsrailin Fələstin prezidentini gözdən salmaq cəhdi kimi qiymətləndirib

İsrailin “İctimai” televiziyasının yaydığı məlumatlara görə, Fələstin prezidenti Mahmud Abbas 1983-cü ildə “KQB” agenti olub. Bu barədə “FOXNEWS” yazıb.

Telekanalın xarici xəbərlər üzrə redaktoru Oren Nahari “twitter” səhifəsində bildirib ki, sənəd Sovet İttifaqı dağılandan sonra Britaniyaya qaçan sabiq sovet kəşfiyyatının işçisi Vasili Mitxorinin arxivindən əldə olunub.

Mitxorinin Britaniyaya gedərkən özü ilə xeyli sənəd apardığı bildirilir. O, 2004-cü ildə vəfat edib.

Mahmud Abbasla bağlı xəbər Fələstində son on il ərzində keçirilən bələdiyyə seçkilərindən 1 ay əvvəl yayımlanıb.

Fələstin rəsmiləri Mahmud Abbasla bağlı ittihamları qəbul etməyiblər.

“İsrail də daxil olmaqla, müxtəlif vasitələrlə Mahmud Abbasa zərər vermək kimi bir trend var. Bu, ona atılan növbəti böhtandır”,- deyə Fatah Partiyasının mərkəzi komitəsinin üzvü Məhəmməd əl-Madani “haaretz.com”a deyib.

İsrailin “The Times” qəzetinin yazdığına görə, Mixtorinin sənədlərində Məhəmməd Abbasın kod adı “köstəbək” mənasını verən “Krotov” olub və o, Mixail Bodqanova hesabat verirmiş.

Həmin dövrdə Bodqanovun Dəməşqdə yaşadığı, Mahmud Abbasın isə Dəməşq Universitetində təhsil aldığı bildirilib.

Hazırda Rusiyanın Yaxın Şərqdə diplomatı olan Bodqanov bu həftənin əvvəli Mahmud Abbas və İsrailin baş naziri Benjamin Netanyahu arasında görüş təşkil etməyə çalışıb.

Rusiyada nəşr olunan “Kommersant” qəzeti 2005-ci ildə yazıb ki, Mahmud Abbas 1980-ci illərdə Şərqşünaslıq İnstitutunda doktorluq dərəcəsi müdafiə edəndə Moskvaya da gedib.

Ana səhifəXəbərlər”Foxnews”: Fələstin prezidenti “KQB” agenti olub