”Forbes” jurnalı Azərbaycanın adı hallanan korrupsiya faktlarından yazıb

Bu yerlərin çoxunun “Danske Bank” saxtakarlığında adı hallanan, xüsusən də Avropa İttifaqı parlamenti üzvlərinə 3 milyard dollar rüşvət ödəyən Azərbaycandan olan insanlarla qeyri-rəsmi əlaqələri var

Source: google.az


''Azərbaycanlıların ən rüsvayçı əməli Avropa İttfaqı rəsmilərinə rüşvət verməyi olub''

“Forbes” jurnalı avropalı siyasətçilərin Azərbaycan hökuməti ilə korrupsiya əlaqələri haqda məqalə dərc edib.


“Amerikanın Səsi”

radiosunun məlumatına görə, jurnal yazır ki, 2018-ci il Danimarkanın ən böyük “Danske Bank”ının Estoniya filialında bir işçinin üzə çıxardığı 230 milyard dollar dəyərində çirkli pulların yuyulması qalmaqalı Avropada bir çox gizli məsələlərin üstünü açıb.

“Avropa İttifaqının bu qalmaqaldan sonra çirkli pulların yuyulmasına qarşı tətbiq etdiyi daha sərt mübarizə siyasəti indi də gömrük anbarları və içində dəyərli sənət əsərləri, şərablar, klassik maşınlar və başqa lüks əşyaların saxlandığı “freeport” (azad liman) adlı yerləri hədəf alır. Bu yerlərin çoxunun “Danske Bank” saxtakarlığında adı hallanan, xüsusən də Avropa İttifaqı parlamenti üzvlərinə 3 milyard dollar rüşvət ödəyən Azərbaycandan olan insanlarla qeyri-rəsmi əlaqələri var”.

Yazının müəllifi

Kennet Rapoza

bildirib ki, Azərbaycanın Avropa Şurası rəsmilərini satın almasına dair qalmaqalın ardınca sərtləşdirilən anti-pulyuma qanunları avropalı siyasi rəhbərliklərin diqqətini yeni əməliyyat məkanına yönəldib. O qeyd edib ki, bu yaxınlaradək “freeport”lar sakit və gözdən iraq idi. Lakin oktyabr ayında Avropa Parlamentinin Araşdırma Xidmətinin apardığı araşdırması diqqəti Avropanın ən böyük “freeport”larına çəkib. Bunlar anonim saxta şirkətlərin heç bir nəzarət olmadan və vergi ödəmədən tranzaksiya həyata keçirə bildikləri de fakto ofşor bank hesablarıdır.

Amerika Anti-Korrupsiya İnstitutunun prezidenti L. Börk Fayls jurnala “Dankse Bank”ının tranzaksiyalarını gördüyünü açıqlayıb:

“Azərbaycanlıların ən rüsvayçı əməli o pullarla Avropa İttfaqı rəsmilərinə rüşvət verməyi olub. L.Börk Fayls deyir Azərbaycan pullarının cüzi hissəsinin qanuni şəkildə Vaşinqtonda strateji kommunikasiya işinə xərcləndiyini bildirib. İtaliyalı millət vəkili Luka Volonte Azərbaycanın insan hüquqları ilə bağlı göstəriciləri haqda müsbət rəy verməsi müqabilində Azərbaycan rəsmilərindən rüşvət almaqda şübhəli bilinir.

Лука Волонте
Luka Volonte

Kennet Rapoza xatırladıb ki, Avropa Sabitlik Təşəbbüsünün 2012-ci ilə apardlğı “Kürü Diplomatiyası” adlı araşdırmasından sonra Avropa Şurasının Parlament Assambleyasının (PACE) 13 üzvü vəzifəsindən uzaqlaşdırılıb.

“Avropa Şurasında səs verən və Azərbaycanda azad və ədalətli seçki keçirildiyini demək üçün 50 min dollar rüşvət alan çox sayda insan var idi. Biz bunu bilirik, çünki pul köçürmələrini görmüşük,” Börk deyib.

Məqalədə qeyd edilib ki, “Danske Bank”ının Estoniya filialında saxtakarlıqla bağlı şübhələr 2012-2016-cı illərdə yaranıb. AŞPA üzvlərinə Azərbaycanın imicini təmizləmək üçün Azərbaycan biznesləri tərəfindən fahişələr, maşınlar və pulsuz tətillərin təklif olunduğuna dair şaiyələr olsa da, heç bir sübut olmayıb.

“İki il öncə Avropa Parlamentinin italiyalı üzvü Luka Volonte Azərbaycandan azərbaycanlıların sahib olduqları dörd saxta şirkət vasitəsilə iki milyon avro aldığına görə istintaqa cəlb olunub. Pullar “Danske”dən İtaliya banklarına köçürülüb. Bu banklardan azı biri isə tranzaksiyanın həcminə görə pul köçürmələrindən şübhələnib”.

Volonteyə qarşı pul yumaq ittihamı aradan qaldırılsa da, o hələ də rüşvət almaq ittihamı ilə üzləşir.

Rüşvət AŞPA üzvlərinə Azərbaycanda insan hüquqları vəziyyəti ilə bağlı müsbət rəylər vermələri və Azərbaycanın investisiya üçün yaxşı yer olduğunu qeyd etmələri müqabilində ödənib.Təqaüdə çıxmış üç müstəqil avropalı hakim Azərbaycan qalmaqallarına nəzər yetirəndən və AŞPA prezidenti və ispaniyalı parlament üzvü Pedro Aqramuntun vəzifəsini laqeyd yerinə yetirdiyinə dair nəticə çıxarandan sonra o, 2017-ci ildə vəzifəsindən kənarlaşdırılıb”, yazıda bildirilir.

Pedro Aqramunt
Pedro Aqramunt

Müəllifin yazdığına əsasən, “xarici bizneslərin çirkli pulları yumaları və rüşvət ödəmələri ilə bağlı narahatlıqlar nəticəsində Avropa Parlamenti 2018-ci ilin oktyabr ayında “freeport”lardan saxtakarlıq əməllərində necə istifadə olunduğu ilə bağlı təhqiqat aparıb. “Freeport”lardan birinin baş icraçısının Azərbaycanın xaricdə fəaliyyət göstərən konsaltinq şirkətləri ilə yaxın əlaqələri var”.

48 səhifəlik hesabatı xatırladan müəllif bildirib ki, “freeport”lar “çirkli pulların yuyulmasına imkan yaradır, çünki onlar beynəlxalq şəffaflıq qanunlarından yan keçə bilir”. Məsələn, Cenevrə “freeport”unda 100 milyard dollar dəyərində sənət əsərləri var.

“Hesabatda yalnız Cenevrə “Freeport”u və Lüksemburqdakı “Le Freeport”-un adları hallanır. İsveçrəli art-diler İv Buvie hər ikisinin bir hissəsinə sahibdir”.

Məqalədə deyilir ki, “Freeport Kralı” adı ilə tanınan Buvienin Sinqapur və Çində də “Freeport”ları var. Le Friportun digər sahibləri arasında Fransa vətəndaşları Jan Mark Peretti və Olivie Tomas var. 2018-ci ilin noyabr ayında korrupsiya tədqiqatçılarının EU Reporter-də dərc etdiyi yazıdan sonra Perettinin reputasiyası ilə bağlı suallar yaranıb. Buvie özü 2015-ci ildə saxtakarlıq və çirkli pulların yuyulması ittihamı ilə həbs olunubş. Tomasa qarşı isə Pikassonun ailə üzvünə aid sənət əsərlərini oğurlamaq ittihamları irəli sürülüb.

“Lüksemburqun Dolayı Vergi İdarəsi “Le Freeport”-u çirkli pulların yuyulması baxımından “yüksək riskli” hesab edirdi.

2015-də Lüksemburqda çirkli pulların yuyulması ilə mübarizə sahəsində sərt qanunun qəbul olunması ilə “Le Freeport”-a xüsusi diqqət yetirilib”, məqalədə yazılıb.

Rapoza yazısında qeyd edir ki, “Danske Bank”ının Rusiya və Azərbaycan landromatı qalmaqalı həll olunmadığı bir vaxt, Azərbaycanın “Le Freeport”la kiçik əlaqəsi belə onun Aİ-dakı bənzər təsislərdən daha çox təhqiq olunmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, “Le Freeport”un baş icraçı direktoru, Fransa gömrüyünün sabiq rəsmisi Dovörn Böyük Britaniya, Lüksemburq və Kiprdə azərbaycanlı biznesmen Xəqani Bəşirovla əməkdaşlıq edib. 2008-2014-cü illər arasında hər iki şəxs Lüksemburqda Tiara adlanan şirkətinin idarə heyətinin tərkibində olub. Dovörn ötəl il Bəşirovun Londonda qeydiyyatdan keçən V.E.S Consultancy adlı konsaltinq şirkətini tərk edib.

Açıq Cəmiyyət Fondu və ABŞ-ın USAID proqramı tərəfindən maliyyələşdirilən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) verdiyi məlumata görə, Azərbaycan landromatı məsələsindəki ən əsas fiqurlardan biri Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev olub. O, 2016-cı ildə fırıldaqçılıq, yeyinti və ictimai fondların mənimsəməsi ittihamları ilə 15 il müddətinə həbs olunub.

Ötən həftə EU Reporter-in onlayn jurnalında Belçika rəsmilərinin Dovörnün Azərbaycan landromatında adı hallanan şirkətlərlə əlaqəsini araşdırdıqları bildirilib.

Müəllifin dediyinə görə, “Le Freeport”un sözçüsü hər hansı Azərbaycan şirkəti və ya saxta şirkətin təsislərində mal saxladıqlarından xəbərdar olmadıqlarını bildirib. Dovörn Avropa İttifaqının “Le Freeport”u “pis oyunçuların yuvası” olaraq adlandırmasını qınayıb”.

Ana səhifəXəbərlər”Forbes” jurnalı Azərbaycanın adı hallanan korrupsiya faktlarından yazıb