Flora Kərimova

Mənbə: Flora Kərimovanıb şəxsi arxivindən

Başlıq: Flora Kərimova

Flora Kərimova: "Yubiley keçirməyə haqqım yoxdur"

"Şəhid analarının gözü yaşlıdır"

“Bu il yubileyimdir, səksən yaşım tamam olur. Lakin düşünürəm ki, yubiley keçirməyə haqqım yoxdur”.

Xalq artisti Flora Kərimova Meydan TV-yə belə deyib.

“Şəhid analarının gözü yaşlıdır. Hansısa ana küncə qısılıb şəhid balasını ağlayır. Mən də burada yubiley, doğum günü qeyd edirəm. Belə hərəkət mənə aid deyil. Balalarını ağlayan şəhid anaları çoxdur”, - sənətçi qeyd edib.

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda doğulub.

Azərbaycanın estrada, muğam və opera müğənisidir.

Əllidən çox filmin musiqisini ifa edib. Həmçinin “Qanun naminə” (1968), “Toyda görüş” (1970), “Həyat bizi sınayır” (1972), “Yollar görüşəndə...” (1979), “Arşın mal alan” (2002), “Qayınana” (2018) filmlərinə çəkilib.

Flora Kərimova ictimai-siyasi fəaliyyəti ilə də seçilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f6rjar

Ən çox baxılan