Flora Kərimova “Şərəf” ordeni aldı

1992-ci ilin noyabrında Azərbaycan Xalq artisti mükafatını alıb

Source: Specify Source


Xalq artisti bundan sonra Prezidentin fərdi təqaüdünü alacaq

Xalq artisti Flora Kərimova Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 31-də

sərəncam

imzalayıb.

İlham Əliyevin imzaladığı digər

sərəncam

la Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verilib.

Flora Kərimova 1941-ci ildə Bakıda anadan olub. O, 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib.

F.Kərimova 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirərək həkim ixtisasına yiyələnib, 1977-ci ildə isə Bakı Musiqi Akademiyası vokal sinfini qurtarıb. 1992-ci ilin noyabrında Azərbaycan Xalq artisti mükafatını alıb.

Ana səhifəMədəniyyətFlora Kərimova “Şərəf” ordeni aldı