“Fəryad” filmi

Mənbə: filmfond.az

Başlıq: “Fəryad” filmi

“Fəryad 2” filminin Hadrutdakı çəkilişləri yekunlaşıb

Rejissor filmə çəkilən aktyorların adlarının açıqlanmasını istəmir

Vaqif Mustafayevin rejissorluğu ilə ekranlaşdırılan “Fəryad 2” tammetrajlı bədii filminin Hadrutdakı çəkilişləri yekunlaşıb.

“Azərbaycanfilm” kinostudiyasının PR meneceri Lətif Lətifsoy Meydan TV-yə açıqlamasında bildirib ki, hazırda çəkilişlər Bakıda davam etdirilir.

“Hadrutda müəyyən döyüş səhnələrinin dekorasiyaları qurulmuşdu. Artıq çəkilişlərin xeyli hissəsi tamamlanıb. İlk başlayandan plan belədir ki, film bu il tam yekinlaşsın. Təbii ki, bu film çəkilişidir, müxtəlif dinamikalar var. Filmin Zəfər Günü təqdim edilməsi arzuolunandır”.

Filmdə çəkilən aktyorlara gəlincə, Vaqif Mustafayev adların açıqlanmağını istəmir:

“Filmə hansı aktyorların çəkildiyi barədə məlumat verə bilmərik. Çünki rejissor kimlərin çəkildiyinin bilinməyini istəmir”.

“Fəryad 2” tammetrajlı bədii filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunur.

İkinci Qarabağ müharibəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

“Fəryad” filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

Filmin ssenari müəllifi Vaqif Mustafayev, rejissoru Ceyhun Mirzəyevdir. “Fəryad”da Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Fərəc Fərəcov çəkilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cvawqu

Ən çox baxılan