Mənbə: Meydan TV

Feministlər Daxili İşlər Nazirliyinin önündə qadın qətllərinə etiraz edib

Feministlər Daxili İşlər Nazirliyinin önündə qadın qətllərinə etiraz edib

İyulun 29-da bir neçə feminist Daxili İşlər Nazirliyinin önündə qadın qətllərinə etiraz edib. Onlar nazirliyin önünə üstünə son 10 gündə qətlə yetirilən qadınların adı yazılmış simvolik tabut qoyublar. Polis aksiyaya müdaxilə edib və iştirakçılar Gulnara Mehdiyevanı, Aytac Ağazadəni və Sevgi İsmayılbəylini naməlum istiqamətə aparıb. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, sözügedən faktlar nəzarətə götürülüb

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tj255z

Ən çox baxılan