Faiq Sücəddinov

Mənbə: ATV

Başlıq: Faiq Sücəddinov

Faiq Sücəddinov: Azərbaycan “Eurovision” müsabiqəsində ilk 3 yerdən birini tutacaq

"İlk dəfədir ki, təmsilçinin çıxışı xoşuma gəldi”

“Mən yeddi il “Eurovision” müsabiqəsinin Azərbaycan təmsilçisinin seçimlərində münsif olmuşam. İlk dəfədir ki, təmsilçinin çıxışı xoşuma gəldi, çox uğurlu mahnıdır”.

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov Meydan TV-yə belə deyir.

Bəstəkarın proqnozuna görə, Azərbaycan finalda ilk üç yerdən birini tutacaq: “Məncə, Azərbaycan ilk üç yerdən birində qərarlaşacaq. Təbii ki, bu, mənim təxminlərimdir. Onu da deyim ki, “Mata Hari” mahnısında milli çalarlar çoxdur. Gələcəkdə milli komanda ilə də işləyəcəyimizə ümid edirəm. İnanıram ki, yarışmada öz rəqqaslarımız, musiqiçilərimiz olacaq”.

2007-ci ildə Azərbaycan İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyasılı müsabiqəyə qatılıb.

Serbiyanın paytaxtı Belqradda keçirilən 53-cü “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısıyla təmsil edib.

Onlar 132 xalla 8-ci yeri tutub.

2009-cu ildə Aysel Teymurzadəylə İran əsilli İsveç müğənnisi Araş “Always” mahnısı ilə ikinci, 2010-cu ildə Səfurə Əlizadə “Drip Drop” mahnısıyla ikinci yeri tutub.

2011-ci ildə isə Azərbaycan müsabiqənin qalibi olub.

Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camalın “Running Scared” mahnısı qələbə qazanıb.

2012-ci ildə yarışma Azərbaycanda keçirilib.

İsveçli ifaçı Lorin birinci olub. Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutub.

2013-cü ildə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri tutub.

2017-ci ildə Kiyevdə keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Skeletons” mahnısı ilə təmsil edərək, 14-cü yerdə qərarlaşıb. 2018-ci ildə Azərbaycanı Aysel Məmmədova “X My Heart” mahnısı ilə təmsil edib, lakin ikinci yarımfinala keçə bilməyib.

2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşıb.

“Eurovision” yarışması 2020-ci ildə pandemiya səbəbindən keçirilməyib.

Builki yarışmada Azərbaycanı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə təmsil edir. Müsabiqənin finalı mayın 22-də keçiriləcək.

Finalda Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u28q2p

Ən çox baxılan