“EuroHome” yenə yanır

“Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”,-deyə məlumatda qeyd olunub.

Source: Foto: APA


Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər

Hazırda Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı yanır.

APA hadisə yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin gəldiyi barədə məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.

“Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”,-deyə məlumatda qeyd olunub.

Ötən ilin dekabrın 10-da "

EuroHome

” tikinti materialları bazarında yanğın olmuşdu. Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 100-dən çox mağazanın sıradan çıxdığı haqda məlumat yaymışdı.

Ana səhifəSosial“EuroHome” yenə yanır