“EuroHome” bazarında yanğın

Mənbə: Foto: Meydan tv

Başlıq: “EuroHome” bazarında yanğın

“EuroHome” bazarında yanğın: xəsarət alanlar var (yenilənir)

Məqalə yeniləndi:  10 Dekabr 2019

***

12.10. “EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb".

Bu açıqlamanı jurnalistlərə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev verib.

Nazir müavinin sözlərinə görə, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində problem su çatışmazlığı olub:

"Yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub".

Etibar Mirzəyev yanğının ərazisinin 21 min kvadrat metr olduğunu qeyd edib. Ancaq o, yanğının baş vermə səbəblərinin hazırda araşdırıldığından bu barədə danışmayıb.

***

Hadisə yerinə 5 briqada və 3 helikopter cəlb olunub

Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub.

Bazar Sumqayıt-Bakı yolunun üzərində yerləşdiyindən magistral yolda sıxlıq yaranıb, hərəkət məhdudlaşdırılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda isə bildirilir ki, hadisə yerində 6 nəfərə yardım göstərilib.

2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

"EuroHome” tikinti materialları bazarında yanğın

"EuroHome” tikinti materialları bazarında yanğın

Mənbə: Foto: Meydan tv

"EuroHome” tikinti materialları bazarında yanğın

"EuroHome” tikinti materialları bazarında yanğın

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ik7p17

Ən çox baxılan