Etibar Pirverdiyev vəzifəsindən azad edildi (yenilənib)

“Azərenerji”nin prezidenti Baba Rzayev təyin edildi

Source:


”Azərenerji”nin prezidenti Baba Rzayev təyin edildi

***




Azərtac

“ın məlumatına görə, Prezident tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib. Komissiya yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri ilə qəzanın başvermə səbəblərini ciddi araşdırıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlayaraq Prezidentə təqdim edib:


“Rəydə qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Ölkə başçısı nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən

azad edilib

.

Dövlət başçısının digər sərəncamları ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

təyin edilib

.

İyulun 2-də Mingəçevir “Azərbaycan İstilik Elektrik Stansiyasında” baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı. İyulun 3-də bu hadisə təkrarən baş verdi.

Prezidentin yanında bununla bağlı keçirilən xüsusi müşavirədə İlham Əliyev Etibar Pirverdiyevi baş verənlərə görə tənqid edərək, ona utanmalı olduğunu

bildirib

.

Ana səhifəXəbərlərEtibar Pirverdiyev vəzifəsindən azad edildi (yenilənib)