“Əsgərlik yaş həddini 30-a salsalar, yenə də orduda “dedovşina” olacaq”

Azərbaycanda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur.

Təkliflər arasında hərbi xidmətə çağırış üçün yaş həddinin 35-dən 30-a salınması da var. Bəs ölkədə NATO standartlarına uyğun ordu qurmaq mümkün olacaqmı? Hərbi Səfərbərlik və Müdafiə Nazirliyinin adı dəfələrlə bir çox korrupsiya və rüşvət hallarında sadalanıb.

“Ödənişli əsgərlik gündəmə gəlsə, ordudakı gizir və zabitlərin də maaşı artar”.

“35 yaşla 30 arasında elə də fərq yoxdur. 30 yaşlı əsgər yenə 18 yaşlı yeni gələn əsgərə yüklənəcək. Yenə də “dedovşina” halları yaşanacaq. Pulu olan rüşvət verib övladını başqa yerə saldırır, pulu olmayan, əziyyətə dözməyənlərin arasında isə özünü öldürənlər də olub”.

“Hakimiyyətin həqiqətən marağında olsa, Türkiyə standartlı ordu quruculuğu edə bilərlər. Texnika almaq adı ilə pullar silinməməlidir”.

Ana səhifəXəbərlər“Əsgərlik yaş həddini 30-a salsalar, yenə də orduda “dedovşina” olacaq”