“Pandemiya aktyoru”

Mənbə: Meydan TV

Başlıq: “Pandemiya aktyoru”

ƏSA yeni layihə təqdim etdi

“Pandemiya aktyoru” adlı video-çarxlar hazırlanıb

Azərbaycanın ilk inklüziv teatrı ƏSA yeni layihə təqdim edib.

Kollektiv “Pandemiya aktyoru” adlı video-çarxlar hazırlayıb.

Teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən video-çarxlar, teatrların pandemiyaya görə bir ildən çoxdur fəaliyyətini dayandırması, həmçinin aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunub.

Layihənin müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulamdır.

“Teatrların bir ildən çoxdur fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salmaqla yanaşı, həm də passivləşdirir”, - deyə Nicat Qulam bildirib.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur Azərbaycanda teatrların fəaliyyəti dayanıb. Ölkə teatrları virtual tamaşalar nümayiş etdirir.

Mədəniyyət naziri Anar Kərimov bir müddət öncə jurnalistlərə açıqlamasında yoluxma dinamikası aşağı düşdüyü təqdirdə teatrların fəaliyyətinin bərpa oluna biləcəyini deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ggr3uv

Ən çox baxılan