Ermənistanın müdafiə naziri ”hərbi sürprizlər”lə bağlı söz verib

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsi bağlayan Moskva həmçinin hər iki münaqişə dövlətinə silah satır.

Source: Foto: arxiv


Davit Tonoyan: ''Rusiyada istehsal edilən ''SU-30SM'' çoxfunksiyalı savaş jetləri 2019-cu ilin sonunda Ermənistanda olacaq''

Ermənistanın müdafiə naziri Davit Tonoyan jurnalistlərlə görüşdə Rusiyada istehsal edilən “SU-30SM” çoxfunksiyalı savaş jetlərinin 2019-cu ilin sonunda və ya 2020-ci ilin başında Ermənistanda olacağını bildirib, – “

panorama.am

” xəbər verir.

Müdafiə nazirinin sözlərinə görə, jetlərin çatdırılma prosesi ilə bağlı detallar istehsalı gerçəkləşdirən anlaşmada yer alır.

“Başqa nə silahlar əldə edilməsi gözlənilir,” sualına cavab olaraq Davit Tonoyan detallı bilgi verməyəcəyini bildirib, lakin “hərbi sürprizlər"ə söz verib.Ermənistanın müdafiə naziri “indi bunun haqqında bir şey deyə bilmərəm, amma hərbi sürprizlər gözlənilir" ifadələrini dilə gətirib. Rusiya bu bölgədə aparıcı gücə sahibdir.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsi bağlayan Moskva həmçinin hər iki münaqişə dövlətinə silah satır.

Ana səhifəDünyaErmənistanın müdafiə naziri ”hərbi sürprizlər”lə bağlı söz verib