“Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub” (yenilənib)

Rəsmi məlumatlara görə, cəbhədə hələ də gərginlik davam edir.

Source: Specify Source


17.10.


"Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir".


Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.


“Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib.


Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi müharibə cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır", – Hikmət Hcıyev bildirib.


Onun sözlərnə görə, Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb: "Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib".


Prezidentin köməkçisi Azərbaycan adından Ermənistana xəbərdarlıq edib: "Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.

***

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisinin atəşə tutulduğunu bildirib:

"Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb".

"Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Xəbərdar edirik ki, əks-təqdirdə adekvat cavab tədbirləri görüləcək", – deyə rəsmi açıqlamada qeyd olunur.


"Cəbrayıl və Füzuli artilleriya atəşinə tutulub"

Nazirlikdən həmçinin bildirilib ki, Ermənistan silahlı birləşmələri yenidən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur".


"Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir"

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir: "Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir".

IMG_3192.JPG
Cəbhə bölgəsi

"Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib", – Müdafiə Nazirliyi vurğulayıb.

Sentyabrın 27-də Ermənistan-Azərbaycan cəbhəsində başlayan döyüşlər nəticəsində hər iki tərəfdən ölən və yaralanlar var.

Rəsmi məlumatlara görə, cəbhədə hələ də gərginlik davam edir.

Ana səhifəSiyasət“Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub” (yenilənib)