Mənbə: ru.armeniasputnik.am

Ermənistanda parlament seçkiləri başa çatıb (yenilənir)

Məqalə yeniləndi:  20 İyun 2021

23.29. Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini açıqlayıb: "Seçki məntəqələrinin 4 faizinin nəticələrinə görə, Nikol Paşinyan 58.04 faizlə liderdir. İkinci yerdə Robert Köçəryanın blokudur-22.01 faiz".

***

23.09. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan elektron səsvermədə Nikol Paşinyanın lider olduğunu deyib. T.Mukuçyan N.Paşinyanın 163, sabiq prezident R.Köçəryanın 135 səs topladıqlarını bildirib.

***

21.37. Ermənistanda parlament seçkilərində 1 milyon 281 min 174 nəfər, yaxud 49.4 faiz seçici səsverməyə qatılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama verib.

Onun sözlərinə görə, paytaxtda seçici iştirakı 51.55 faiz təşkil edib. Əyalətlər sırasında seçici iştirakında Sünik öndədir-60.38 faiz.

***

20.50. Ermənistanda parlament seçkiləri başa çatıb. MSK saat 21: 00-da yekun məlumatları elan edəcək.

Ölkədə 2 milyon 593 min, 572 seçici var, onun 855 mini paytaxtda yaşayır.

***

19.57. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17.00-ə qədər 38.17 faiz seçiçi səsvermədə iştirak edib:

"Paytaxt Yerevanda 29.41, ölkənin ikinci şəhəri Gümrüdə 29.41, Vanadzorda 37.62 faiz seçici səs verib".

***

Seçki kampaniyasını müşahidə edən təhlilçilər yarışın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryan arasında getdiyi qənaətindədir

İyunun 20-də Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə – 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ermənistanda 2008 seçki məntəqəsi var, onlardan 479-u Yerevanda, 1529-u isə bölgələrdə yerləşir.

Seçkini maraqlı edən amillərdən birinin prosesdə bütün sabiq prezidentlərin iştirakı göstərilir. Ermənistanın birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir. İkinci prezident Robert Köçəryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir.

Parlamentə düşmək üçün siyasi partiyalar 5, bloklar 7 faizlik baryeri aşmalıdırlar.

Seçki kampaniyasını müşahidə edən təhlilçilər yarışın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Köçəryan arasında getdiyi qənaətindədir.

Ermənistan Seçki Komissiyasının məlumatına görə, saat 14-ə qədər seçicilərin 26,82 faizi seçkidə iştirak edib. Seçici fəallığının paytaxt Yerevanda, Sünik və Tavuş bölgələrdə müşahidə olunduğu bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ls6pzj

Ən çox baxılan